Yüksək pensiya yüksək maaş tələb edir - TƏHLİL

// Minimum pensiya artdıqca minimum kapital da yüksəlir

   Yüksək pensiya yüksək maaş tələb edir -    TƏHLİL
  17 Fevral 2022    Oxunub:4246
Əmək pensiyalarının sığorta hissəsinin keçən il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqının qeydə alınan illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dən indeksləşdirilməsi haqda sərəncam verildi. Pensiyalar növbəti dəfə artırıldı. Bundan əvvəl əmək pensiyalarının minimum məbləği 200 manatdan 240 manta qaldırılmışdı.
Ölkədə son illərdə həyata keçirilən islahatlar çərçivəsində sığorta-pensiya mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər xüsusən diqqətə layiqdir. Çünki bu, çox böyük əhəmiyyət kəsb edir. Lakin təkmilləşdirmə işləri ardıcıl aparılmalı, fasiləsiz həyata keçirilməlidir. Bu zaman başlıca hədəf isə pensiya təminatı məsələsində maliyyələşdirmə yükünü dövlətin üzərindən tədricən vətəndaşların çiyinlərinə transfer etməkdir. Çünki gələcəkdə sistemdə stabillik əldə etməyin və bütün növ risklərdən kənarda qalmağın yeganə yolu məhz bundan keçir. Başqa sözlə desəm, pensiya təminatı işində dövlətin maliyyə imkanlarından asılılıq sıfıra eməlidir. Bu, səmərəlilik baxımından olduqca vacib sayılır.

Lakin vətəndaşın da gələcəkdə öz pensiya təminatını özünün həll edə bilməsi üçün müvafiq şərait olmalı və bu, tədricən formalaşmalıdır. Məsələ isə heç də asan deyil. Yəni vətəndaş işlədiyi müddətdə gərək kifayət qədər məvacib alsın ki, ondan ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləği hesabına toplanan sığorta pensiya kapitalı sayəsində gələcəkdə yaxşı pensiya ala bilsin. Əks təqdirdə, bu, mümkün deyil.

Misal üçün, cari ilin yanvarın 1-dən minimum pensiya məbləğinin 240 manat edilməsilə əlaqədar ölkədə 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği də artıb. Hazırda minimum pensiya kapitalı yanvarın 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl 28 800 manat idi. Qanunvericiliyə əsasən, pensiya yaşına çatmış şəxs pensiya hüququna malik olmaq üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına və yaxud da azı 25 il sığorta stajına sahib olmalıdır.

Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın (ölkə üzrə minimum pensiya məbləğini) 144-ə vurulması ilə müəyyən edilir. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı əsas götürülür.

Düzdür, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərin avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə əldə etmək və əmək pensiyası hüququ qazanmaq imkanları da vardır.
Pensiya yaşına çatan, lakin bu sahədə heç bir hüquqa malik olmayan şəxslər də dövlətin sosial sığorta və təminat siyasəti mexanizmindən yararlanırlar onsuz da... Belə ki, 2020-ci ildən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirildiyindən pensiya yaşına çatıb, pensiya hüququ olmayan şəxslərə yaşa görə ayda 180 manat müavinət ödənilir. Ancaq toxunmaq istədiyim məsələ başqadır.

Sual yaranır ki, vətəndaş 34560 manat minimum pensiya kapitalını toplamaq üçün neçə il işləməlidir? Və yaxud, ölkədə minimum pensiya məbləği hər dəfə artırılarkən pensiya hüququna sahib olmaq imkanı məhdudlaşmır ki?


Müəllifin əvvəlki yazıları:

Minimum pensiya məbləği: problem nədədir? – TƏHLİL
Bankların vəziyyəti düzəlib, amma yenə əyridir – TƏHLİL
“Çörək bazarı” əslində necə tənzimlənməlidir – TƏHLİL
2022: İqtisadiyyatda böyük ümidlər ili – TƏHLİL İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL

Məsələnin əsas qəliz tərəflərindən biri də məhz bundan ibarətdir. Belə ki, sığorta-pensiya mexanizmində səmərəliliyi genişləndirməkdə diqqətə alınması vacib sayılan və ən çox çətinlik törədən məsələ elə budur. Başqa sözlə desəm, minimum pensiya məbləği artan zaman buna sevinənlər olduğu kimi, zəruri pensiya kapitalı məbləği uğrunda çarpışan vətəndaşlar da bundan zərər çəkməməli və anoloji hissi yaşamalıdırlar. Yəni, bunlar uzlaşmalıdır.

Yuxarıda qeyd etdiyim kimi, pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın, yəni ölkə üzrə minimum pensiya məbləğinin 144-ə (12 ildəki ayların sayı) vurulmaqla müəyyən edilir. Məcburi dövlət sosial sığorta haqqının əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyini, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənildiyini nəzərə alsaq, ölkədə çox nadir işçinin ardıcıl olaraq 12 il ərzində hər ay 240 manat vəsait köçürmək iqtidarında olduğunu izah etməyə ehtiyac yoxdur. Bunun üçün isə ya maaşlar kifayət qədər yüksək məbləğdə təşkil etməli və yaxud da məcburi dövlət sosial sığorta ayırmaları dərəcələri artırılmalıdır.

Maaşları necə gəldi artırmaq isə mümkün deyil. Çünki yüksək aylıq qazanc yüksək gəlirli iqtisadiyyat tələb edir. Bu baxımdan, 2019-cu ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilərək vergi və məcburi dövlət sosial ayırma məbləğlərinin toplanması mexanizmində yeni qaydaların təsbit edilməsilə ödəniş dərəcələri tavanının qaldırılması islahatını xatırlamaq yerinə düşər. Nəticədə sosial sığorta daxilolmaları əhəmiyyətli dərəcədə artdı. Belə ki, statistikaya diqqət yetirsək, qeyd olunan göstərici üzrə mədaxil 2017-ci ildə 2085,7 milyon manat, 2018-ci ildə 2327,1 milyon manat, 2019-cu ildə 2921,6 milyon manat, 2020-ci ildə 3553,2 milyon manat, 2021-ci ildə isə 3843,4 milyon manat təşkil edib. Və qeyd olunan illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və yaxud 1757,68 milyon manat artım baş verib.

Yeri gəlmişkən, keçən il daxilolmaların 63,5 faizi və ya 2441,2 milyon manatı özəl sektorun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5 faiz çox deməkdir. Vergi və məcburi dövlət sosial ayırma məbləğləri üzrə islahatın və xüsusən də mexanizmdə dəyişikliklərin səmərəsi buradan aydın görünür. Ancaq əlavə olaraq, əmək haqqları da artırıldı, məşğulluq genişləndi, əmək müqavilələri və yaxud münasibətləri xeyli dərəcədə leqallaşdı.

Ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illər ərzində qeydə alınan ciddi artım məhz bu səbəblərdən baş verib. Ona görə də 2019-cu ildəki dəyişikliklərə və islahatlaradək yazmışdım ki, məcburi dövlət sosial sığorta ödənişi üzrə mövcud mexanizmdə işçi ilə işəgötürən arasında pay nisbətinin ədalətli şəkildə təmini üçün fiziki şəxslərdən gəlir vergisi üzrə dəyişikliklər həyata keçirilməlidir. Belə ki, əvvəlki 3+22 faiz nisbəti üzrə məcburi dövlət sosial sığorta ayırması mexanizmdə işçinin üzərinə düşən ödəniş faizi artırılmaqla işəgötürənin payı azaldılmalı və həm də gəlirlər yəni, maaşlar yüksəldilməlidir.

Ümumiyyətlə, fiziki şəxslərdən gəlir vergisi qaydasının üzərinə getmədən sosial sığorta ödəmə mexanizmini dəyişmək qeyri-mümkün sayılırdı və bu əslində, aşağı əməkhaqqı səviyyəsi şəraitində aksiom hesab edilir.

Bir sözlə, ölkədə sığorta-pensiya mexanizmində islahatlar göz önündədir və bunun davamlı xarakter daşıdığı da danılmaz xarakter daşıyır. İqtisadiyyat inkişaf etdikcə və artım daha çox dayanıqlığa söykəndikcə, pensiya hüququnun təsbiti və vaxtında, o cümlədən layiqli pensiya məbləğinin əldə olunması hər bir vətəndaş üçün əlçatan olacaq.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Pensiya  





Xəbər lenti