Çoxumuzun istifadə etdiyi "öküz qanı" faydasız imiş

Çoxumuzun istifadə etdiyi    "öküz qanı"  faydasız imiş
  21 Fevral 2022    Oxunub:3426
Məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov insanların ən çox istifadə etdiyi preparatlardan birinin faydasız olduğunu açıqlayıb. AzVision.az xəbər verir ki, o, müasir apteklərdə satılan "Hematogen"lə bağlı yayılan təbliğati fikirləri tənqid edib.
Həkim qeyd edib ki, indiki apteklərdə satılan "Hematogen"lər qanda hemoqlobinin tərkibini artırmaq üçün tamamilə faydasızdır.

Belə ki, həmin preparat sovet dövründə şəkərlə qaynadılmış mal qanından hazırlanırdı. Üstəlik, dadlandırıcıdan istifadə də mütləq idi. Çünki yalnız bu zaman preparat insan orqanizmində həll oluna bilərdi.

Myasnikov onu da qeyd edib ki, sovet dövründə anemiya(Qan azlığı-red.) kifayət qədər geniş yayılmış problem idi. Mal və ya öküzün qanında isə xeyli dəmir var. Bu da məlum xəstəliklərdə çox təsirli olmasa belə, qanda hemoqlobinin miqdarını artırır.

Amma müasir "Hematogen"lərin tərkibi idealdan çox uzaqdır. Mütəxəssislərdə belə fikir formalaşıb ki, hazırkı aptek "Hematogen"ləri qanda dəmir çatışmazlığını kompensasiya edə bilməz.

Tural Tağıyev
AzVision.az



Teqlər: Həkim   Qan  





Xəbər lenti