Məşhur aksiya dağıdılmaları: 1. “Occupy Wall Street” - FOTOLAR

Məşhur aksiya dağıdılmaları: 1. “Occupy Wall Street” - FOTOLAR
  14 Fevral 2013    Oxunub:2400
Azərbaycan müxalifəti həmişə ölkədə keçirilən aksiyalarda polis zorakılığı haqda səs-küy qaldıraraq, beynəlxalq təşkilatları ölkəyə təzyiq etməyə çağırır. Bəs xaricdə necədir?
Gəlin, əvvəlcə ABŞ-da keçirilən səs-küylü aksiyalardan birini xatırlayaq. Bu, 2011-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən “Occupy Wall street” adlı aksiyadır. Həmin aksiyada iştirakçılar Nyu-Yorkun “Wall street“ adlı küçəsini tamamilə tutmuşdular.
Aksiyanın təşkilatçısı Kanadanın Adbusters Media Fondu, fondun “Adbusters” adlı jurnalı, yəni hansısa qeyri-hökumət təşkilat və media qurumu idi. Maraqlı məqamlardan da biri aksiya iştirakçılarının küçəyə necə toplanmasının təşkili ilə bağlıdır. Bunun texnologiyası barədə “Adbusters” jurnalının baş redaktoru Mikey Vayt deyib ki, aksiya iştirakçıları sosial şəbəkələrdən və e-mail ünvanlara çağırış məktubları göndərilməklə cəlb olunublar. Bəli, son bir ayda, yanvarda Azərbaycanda keçirilən aksiylarda tədbiq olunan tanış texnologiyadan söhbət gedir.
“Occupy”-ın səs-küylü tərəflərindən biri də o odur ki, Amerika polisi aksiya iştirakçılarına qarşı güclü zorakılıq tətbiq edib. Bir neçə min nəfərin iştirak etdiyi “Occupy Wall street” aksiyasında 700-dən çox nümayişçi həbs olunub. Amerika polisi gözyaşardıcı qaz, su şırnaqları, rezin dəyənəklər, bir sözlə aksiyanın yatırılması üçün bütün vasitələrdən istifadə edib.
Gəlin, müqayisə üçün “Occupy” aksiyası zamanı çəkilən fotolara nəzər salaq.

Qalereya




Teqlər:  





Xəbər lenti