Sığorta ilə bağlı maraqlı faktlar

Sığorta ilə bağlı maraqlı faktlar
  11 Aprel 2014    Oxunub:1256
Sığortanın tarixi öz başlanğıcını lap qədim zamanlardan götürür. Babilistan, Suriya, Hindistan və Fələstin öz zamanlarında özlərinə məxsus sığorta xidmətlərini təqdim edirdilər.

Qədim Romada ixtisaslaşmış dini cəmiyyətlər fəaliyyət göstərirdi və bu cəmiyyətə tək azad vəətndaşlar deyil, qullar da daxil ola bilərdilər.

Onlar cəmiyyətə daxil olmaq barədə xüsusi çıxarışlar təqdim edirdilər. Əgər bu cəmiyyətə daxil olan bir şəxsin qohumu vəfat edərdisə, dəfn mərasiminin xərci cəmiyyət hesabına ödənilirdi. Orta əsrlərdə İtaliyada bəzi təşkilatlar da fəaliyyət göstərirdi və bu təşkilatlar yoxsula insanlara öz qızlarını cehizlə ərə verməyə köməklik göstərirdilər.

Bir atanın qızı dünyaya gəldikdə o təşkilatın kassasına müəyyən məbləğ ödəyirdi. Atanın qızı ərə getmədən dünyasını dəyişərdisə, onda bu yatırım təşkilatın kassasında qalırdı.

Bilirsinizmi ki, Klaudia Şiffer vaxtilə öz üzünü 5 milyon dollara sığorta etmişdi. Marlen Ditrix isə səsini sığortalayan ilk insan idi. O səsini 1 milyon dollara sığortalamışdı. Stiven Spilberq isə dünyada ən bahalı sığorta polisinə sahib idi. Onun həyatı 1,2 milyard dollar olaraq qiymətləndirilir.

İlk sığorta müqaviləsi isə 1346-cı ildə bağlanıb. Ayaqlarının sürətinə görə ginnesin rekordlar kitabına daxil olmuş irlandiyalı rəqqas Maykl Fletli öz ayaqlarını 25 milyon dollara sığortalamışdı.

Banker.az


Teqlər:  





Xəbər lenti