NATO Ukrayna səmasını niyə qapatmır – Ədalət Verdiyevin şərhi

   NATO Ukrayna səmasını niyə qapatmır –    Ədalət Verdiyevin şərhi
  09 Mart 2022    Oxunub:4577
Prezident Volodimir Zelenski dəfələrlə NATO-nu Ukrayna səmasını qapatmağa çağırsa da, bu hələ də tətbiq edilməyib. Əfsuslar olsun ki, edilməyəcək də. Bunu çox adam bilir. Zelenskinin bu bəyanatı isə məlumatız audiotoriyaya ünvanlanıb.
Sosial şəbəkədə həm mütəxəssislər, həm də qeyri-mütəxəssislər arasında “uçuşa qadağan zona” rejiminin tətbiqinə dair prosedurları araşdırmadan, bu prosedurun indiyə qədər harada və hansı şərtlərlə tətbiqinə diqqət etmədən NATO-nu tənqid və təhqir edənlərin sayı durmadan artmaqdadır. Halbuki NATO-nun Ukrayna ilə bağlı tənqid edilməsi üçün kifayət qədər başqa və daha haqlı səbəblər mövcuddur. Məsələn, heç olmasa Krımın ilhaqından sonra Ukraynaya zəruri yüksək hündürlüklü hava hücumlarından müdafiə silahları və hava hücum vasitələri verilməli idi. Əgər verilməyəcəkdisə, o zaman Ukraynanı Rusiyanın önünə itələmək olmazdı. Rusiya ordusunu və iqtisadiyyatını zəiflətmək üçün başqa metod seçilməli idi... Nə isə, mövzudan yayınmayım.


Ədalət Verdiyevin "Müharibənin 12-ci gününün nəticələri" yazısını da oxumağınızı tövsiyə edirik

NATO indiyə qədər “uçuşa qadağan zona” rejimini bir neçə dəfə tətbiq edib. Buna 1990-cı ildə İraq, 1992-ci ilin əvvəlində Liviya, həmin ilin sonunda isə Bosniya və Herseqovina səmasının qapadılmasını misal göstərmək olar. Niyə adı çəkilən ölkələrdə əsasən müsəlman olan mülki əhalini havadan qoruyan NATO bu dəfə ona həm dini, həm siyasi, həm də hərbi aspektdən daha yaxın və birmənalı olaraq müttəfiqi olan Ukraynanı və onun mülki əhalisini Rusiyanın hava hücum vasitələrinin zərbələrindən qorumaq istəmədi?
Trampın sülh planını “dəlilik” adlandırdılar

Səbəb bir dənədir: NATO-nun hansısa bloka üzv olmayan ölkədə “uçuşa qadağan zona” rejimini tətbiq etməsi üçün mütləq BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Adətən BMT Təhlükəsizlik Şurası bu qətnaməni işğala məruz qalan şəhərlərin havadan bombalanmasının qarşısını almaq və yerli əhalini ölümdən xilas etmək üçün qəbul edir.


Təhlükəsizlik Şurasının 5 üzvündən biri də Rusiyadır. Bu beş ölkədən biri qətnaməyə veto qoyursa, sənəd qəbul edilmir. İndi sual olunur: bu vəziyyətdə NATO-nun Ukrayna səmasında “uçuşa qadağan zona” rejimini tətbiq edilməsinə Rusiya tərəfindən razılıq veriləcəyinin 1 faiz ehtimalı varmı? Xeyr, yoxdur və Rusiya TŞ-nin üzvü olduqca, bu ehtimalı dilə gətirmək belə yanlışdır.

Buna şübhəsi olanlar BMT TŞ-nin İraqla bağlı 25 sentyabr 1990-cı il tarixli 670 saylı (1990), Liviya ilə bağlı 31 mart 1992-ci il tarixli 748 saylı (1992), Bosniya və Herseqovina ilə bağlı 9 oktyabr 1992-ci il tarixli 781 saylı (1992) qətnamələrilə tanış ola bilərlər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ukrayna   NATO  





Xəbər lenti