Xərçəngi hörümçəklər sağaldacaq - YENİ TAPINTI
Ceyms Kuk Universitetinin professoru Norel Deylinin sözlərinə görə, onlar artıq tarantul və sidney hörümçəyinin zəhərini test etmək üçün Avstraliyanın Milli Süd Vəzi Xərçəngi Fondundan 2 mln dollar dəyərində qrant alıblar. Hazırda araşdırmalar davam edir.
İlkin olaraq yüzlərlə zəhər molekulu laboratoriya şəraitində xərçəng hüceyrələri ilə eyni mühitə salınacaq və onların qarşılıqlı reaksiyası öyrəniləcək. Professor ümid edir ki, zəhərin mürəkkəb quruluşlu molekulu nəinki xərçəngin yayılmasını ləngidəcək, hətta onu tamamilə məhv edəcək.
AzVision.az
Teqlər: