Ölmüş hakim diri çıxdı

Ölmüş hakim diri çıxdı
  13 Aprel 2014    Oxunub:1259
Ölmüş azərbaycanlı hakim dirildi. Fuad Abbasov yayılan xəbərin doğru olmadığını bildirib.
Bir az əvvəl azərbaycanlı futbol hakimin yol qəzasında dünyasını dəyişməsi xəbəri yayılmışdı.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu məlumat təsdiqini tapmayıb. Belə ki, öldüyü güman edilən Fuad Abbasovun saq -salamat olduqu ortaya çıxıb. O, yayılan xəbərin doğru olmadığını bildirib:

"Yayılan xəbər həqiqəti əks etdirmir, mənim istifadə etmədiyim və keçmiş facebook səhifəm sındırılaraq həmin yerdən belə bir status yazılıb. Mən həmin statusu yazan adamı da tapacam".

Qeyd edək ki, Fuad Abbasov əsasən aşağı liqa oyunlarını idarə edir.


Teqlər:





Xəbər lenti