ABŞ şirkəti Yerlə Ay arasında internet qurmaq istəyir

   ABŞ şirkəti Yerlə Ay arasında internet qurmaq istəyir
  21 Mart 2022    Oxunub:1424
Bu yaxınlarda yaradılmış Amerika şirkəti “Aquarian Space” yüksəksürətli internet vasitəsilə Yer kürəsini Ayla, sonra isə Marsla birləşdirmək niyyətindədir. AzVision.az xəbər verir ki, bu barədə “Space.com” portalı bildirib. Qeyd olunub ki, şirkət planın həyata keçirilməsində ilk addımlar üçün artıq 650 min dollar tapmağa nail olub.
Şirkətin rəhbəri Kelli Larson bildirib ki, 2021-ci ildə Ayda və onun ətrafında 13 eniş aparatı, peyk və rover var idi: “2030-cu ilə qədər onların sayı 200-ə yaxın olacaq ki, bu da çoxmilyardlıq Ay iqtisadiyyatını yaradacaq. Lakin bu, Yerlə Ay arasında etibarlı əlaqə olmadan baş tutmayacaq”.

Şirkət ilkin 2024-cü ildə buraxılacaq “Solnet” adlı peyklər şəbəkəsini yerləşdirməyi planlaşdırır. Onların saniyədə 100 meqabit sürətlə məlumat ötürülməsini təmin edə biləcəkləri güman edilir. Bu, hazırda ABŞ-da orta internet istifadəçisindən təxminən üç dəfə sürətlidir.

AzVision.az



Teqlər: Yer   Ay  





Xəbər lenti