Burnunu pis kəsən həkimlərdən 640 min dollar istəyir

  Burnunu pis kəsən həkimlərdən 640 min dollar istəyir
  06 Aprel 2022    Oxunub:1378
Malayziyada kişi burnunu kəsən kosmetoloqları məhkəməyə verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Adam Xamilya əyri burnunu düzəltmək üçün əməliyyat olunmaq istəyib. Proseduru yerinə yetirməyə razılıq verən həkimlər kişiyə nəticədən razı qalacağına söz veriblər. Lakin narkozdan sonra oyanan kişi həkimlərin dediyi kimi olmadığını anlayıb. “Mənə antibiotiklər yazdılar və ikinci əməliyyatı pulsuz etməyi təklif etdilər. Amma burnumun vəziyyəti daha da pisləşdi” dedi Adam.

İndi Adam Xamilya məhkəmə yolu ilə həkimlərdən 640 min dollar tələb edir. Onun vəkilinin sözlərinə görə, bu məbləğ müvəkkilinin tibbi səhvlər, stress, şok və etibarın itirilməsi nəticəsində aldığı zərərə bərabərdir. İşə baxılması mayın 12-nə təyin edilib, təqsirləndirilən şəxslər hələlik vəziyyətə münasibət bildirməyiblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Əməliyyat  





Xəbər lenti