“Rusiya Bakı ilə İrəvanın sülh imzalanmasında maraqlıdır”

// Politoloq Dimitri Qalkin niyəsini şərh edir

   “Rusiya Bakı ilə İrəvanın sülh imzalanmasında maraqlıdır”
  09 Aprel 2022    Oxunub:2997
“Brüssel danışıqları nəticəsində Azərbaycanla Ermənistanın münasibətlərində sıçrayış üçün ilkin şərtlər yaradılıb, odur ki, bunun əhəmiyyətini qiymətləndirməmək olmaz”. Bunu AzVision.az -a açıqlamasında beynəlxalq münasibətlər üzrə təhlilçi, rusiyalı politoloq Dmitri Qalkin deyib.
Onun sözlərinə görə, indiki vəziyyətdə sülh müqaviləsinin imzalanması ehtimalı yüksəkdir. Çünki əvvəla, Ermənistan əmin oldu ki, xarici siyasi istəklərini reallaşdıra bilməyəcək və Azərbaycan rəhbərliyi regionda sabitliyin qorunmasında, o cümlədən, Avropaya karbohidrogen ixracının artırılmasında maraqlıdır. İkincisi, Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdıra bilib ki, bu da təsirini göstərir. Üçüncüsü, Ermənistan Rusiyanın Ukraynaya təcavüz etməklə strateji səhvə yol verdiyini görür və anlayır ki, yaxın gələcəkdə Azərbaycanla arasında münaqişə yenidən alovlansa, Rusiya ona ciddi iqtisadi və siyasi dəstək verə bilməyəcək. Ona görə də, Ermənistana indiki vəziyyətdə öz milli təhlükəsizliyi baxımından tezliklə Azərbaycanla sülh müqaviləsi bağlanmasına nail olmaq lazımdır.

“Düşünürəm ki, Rusiyanın diqqəti hazırda yalnız Ukrayna ilə öz qələbəsini elan etməyə imkan verəcək şərtlərlə sülh sazişinin bağlanmasına necə nail olmağa yönəlib. Ona görə də, Qarabağda qarşıdurmanın yenidən alovlanması ehtimalı Rusiyanın maraqları üçün potensial təhlükədir. Bu səbəbdən Rusiya hazırda obyektiv olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır, baxmayaraq ki, bu, Türkiyənin regionda təsirinin artmasına gətirib çıxaracaq ”, - Dmitri Qalkin bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Rusiya   Qarabağ  





Xəbər lenti