Novosibrsk tələbələri Bakıda `Arşın mal alan` göstərəcək

Novosibrsk tələbələri Bakıda `Arşın mal alan` göstərəcək
  15 Aprel 2014    Oxunub:1327
16 aprel, 2014-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşası göstəriləcək.
Tamaşa, Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin Bakıda keçirəcəkləri silsilə mədəniyyət tədbirləri çərçivəsində nümayiş olunacaq.

İki hissəli səhnə əsəri, Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə göstəriləcək.

Tamaşanın bədii rəhbəri, Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir.


Teqlər:





Xəbər lenti