Hamı ölüb, ondan başqa – “Gələcəkdən” videolar

// Ən sirli tiktoker: O, hamını dolayıb, yoxsa?..

   Hamı ölüb, ondan başqa –    “Gələcəkdən” videolar
  11 Aprel 2022    Oxunub:2637
Günlərin birində “TikTok”da tamamilə boşalmış Valensiyanın sirli videoları peyda olmağa başladı. Onların müəllifi iddia edirdi ki, 2027-ci ildə yaşayır və bütün insanlar məhv olduğundan, tək qalıb. Tiktokerin adı - @unicosobreviviente ,- də ispan dilində “sağ qalmış yeganə şəxs” deməkdir. Onun profilində belə yazılıb: “Mənim adım Havyerdir və mən bütün dünyada təmtəkəm”.

Boşalmış Valensiya

Havyer ilk videosunu 2021-ci ilin fevralında yayımlayıb. Həmin videoda o, heç bir ins-cinsin yaşamadığı Valensiyada tək-tənha gəzişir. Bloger izah edir ki, planetin bütün əhalisinin kökü kəsilib, sağ qalan yalnız odur.

Havyer videolarını Valensiyanın ən izdihamlı olmalı olan yerlərindən çəkir – ticarət mərkəzləri, stadionlar, mərkəzi küçələr... O, maşını maksimal sürətlə idarə edir, amma gözə bir nəfər də dəymir, hər yer bomboşdur.

@unicosobreviviente

Acabo de despertar en un hospital y no sé qué ha podido pasar. Hoy es 13 de febrero de 2027 y estoy solo en la ciudad.

♬ Creepy, scary, horror, synth, tension - Sound Production Gin

Bəzi videolarda Havyer İspaniyanın başqa şəhərlərinə də gedir. Həmin şəhərlərdə hər şey olduğu kimi yerindədir, bircə insanlardan başqa...


Xüsusi eksperiment

Videolarının birində Havyer öz əhvalatını nəql edir. Deyir ki, günlərin birində xəstəxanada özünə gəlib və bura necə düşdüyünü, kim olduğunu xatırlaya bilməyib. Küçəyə çıxıb və görüb ki, ins-cins yoxdur. Nəhayət, bloger bir məktub tapıb; həmin məktubda deyilir ki, o, “JESP8827” adlı sirli eksperimentdə iştirak edir. Eksperiment çərçivəsində onu yaşadığı 2027-ci ildən 2021-ci ilə, amma paralel reallığa göndəriblər.


"Sübut elə!"

Ona inanmayanlar Havyerdən dediklərini sübut etməsini istəyirlər. Məsələn deyirlər ki, sadəcə boş küçələrdə gəzməklə kifayətlənməyərək, muzeyə gedib, nəyisə sındırsın; banka girib, oradakı bütün pulları götürsün. Hansısa qapalı yerə, məsələn, “51-ci zona”ya getsin. Hələ ki “sağ qalmış yeganə şəxs” bunların heç birini etməyib.

@unicosobreviviente Responder a @oliver_gio ♬ sonido original - Javier

Montaj?
Tənidçiləri deyirlər ki, Havyer bu cür effektə səhər tezdən, hər yer boş olarkən etdiyi çəkilişlər və bacarıqlı montaj sayəsində nail olur. Məsələn, açılışa 10-15 dəqiqə qalmış bomboş ticarət mərkəzini insansız halda çəkmək olar. Amma küçələri, meydanları heç bir canlı olmadan çəkmək mümkündürmü?!
Dünyanın əksər məşhur media orqanları bu sirli tiktokerin haqqında materiallar dərc ediblər, amma o, hələ də maraq doğurmaqda davam edir.

Samir Quliyev
AzVision.az

@unicosobreviviente Responder a @carl0smarce ♬ String Waltz of Horror (Ambience V) - CrashRocks1419





Teqlər: Tiktok   Bloger  





Xəbər lenti