Məşhur "Bəxtiyar xoruz" öldü - VİDEO

 Məşhur "Bəxtiyar xoruz" öldü -    VİDEO
  14 Aprel 2022    Oxunub:3145
Dənizlidə banlayarkən nəfəsi çatmayan və huşunu itirən xoruz ölüb. Sahibinin sosial şəbəkədəki paylaşımından sonra şöhrəti dünyaya yayılan xoruz tənəffüs yollarında yaranmış xəstəliyə görə dünyasını dəyişib.
Dənizlidə yaşayan Okan Gökbudak kiçik yaşlarından bəslədiyi xoruzunun nəfəsini saxlaya bilməyib huşunu itirdiyini anladıqdan sonra həmin anları lentə alıb və sosial şəbəkədə yayımlayıb.

Qısa zamanda çoxlarının marağına səbəb olan xoruzun görüntüsünü minlərlə insan paylaşıb.
Sahibinin çox sevdiyi xoruz qış aylarında xroniki tənəffüs çatışmazlığı xəstəliyinə yoluxub. Onu uzun müddət müalicə etsələr də həyatını xilas etmək mümkün olmayıb.

“Bəxtiyar adını verdiyim xoruz hində banlayarkən huşunu itirdi . Mən anladım ki, onun nəfəsi çatmır. Bununla bağlı videonu çəkib paylaşdım. Ondan sonra xaricdən çinlilər və yaponlar xoruza baxmağa gəldilər.

Belə huşunu itirən xoruzu indiyədək heç kim görməmişdi. Bu xüsusiyyət Dənizli xoruzlarında mövcuddur.

Dənizlinin simvolunu yoluxucu xəstəliklə itirdik. Ola bilsin ki, ona göz dəydi".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti