“Yeni kənd təsərrüfatı modelinə keçmək lazımdır” – Türkiyəli ekspert

   “Yeni kənd təsərrüfatı modelinə keçmək lazımdır” –    Türkiyəli ekspert
  17 Aprel 2022    Oxunub:2911
Bu gün müşahidə olunan bahalaşmanın kökləri xeyli əvvələ gedir. Rusiya-Ukrayna müharibəsi sadəcə, böhrana əlavə təkan verdi. Çünki hər iki ölkə qlobal kənd təsərrüfatında mühüm rola malikdir. Bu sözləri AzVision.az-a Türkiyə İqtisadiyyat Müxbirləri Dərnəyinin sədri Turqay Türker deyib.
“Sizin çox güclü silahlarınız ola bilər. Böyük arqumentləriniz də həmçinin. Ancaq yeməyə çörəyiniz yoxdursa, bütün bunlar nə işə yarayır? – ekspert sual edib.- Bu səbəbdən, qidanın qiymətini aşağı sala biləcək yeni iqtisadiyyat modeli hazırlamaq, xaricdən asılılıqdan qurtumağa çalışmaq lazımdır. Əminəm ki, gələcəkdə iki qardaş ölkə olan Türkiyə və Azərbaycanın digər sahələrdə olduğu kimi bu sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər. Ancaq ən vacib hədəf ekoloji kənd təsərrüfatı qurmaq olmalıdır. Qiymətləri yalnız bunun sayəsində aşağı salmaq mümkündür.

Turqay Türker xatırladıb ki, hazırkı inflyasiyanın başında qida inflyasiyası dayanır. Qiymət artımı davam etdikcə böhran dərinləşəcək: “Hazırda Avropa ölkələri bu vəziyyətdən çıxmaq üçün həll yolları axtarırlar. Ərzağın bahalaşmasına enerji xərclərinin artması da təsir edir. Təbii ki, başqa amillər də var. Vəziyyətdən ancaq yeni kənd təsərrüfatı modellərinə keçməklə çıxmaq mümkündür”.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Bahalaşma   Böhran  





Xəbər lenti