ABŞ dövlət katibinin müavini Qazaxıstan və Qırğızıstana niyə gəlib?

   ABŞ dövlət katibinin müavini Qazaxıstan və Qırğızıstana niyə gəlib?
  18 Aprel 2022    Oxunub:1137
“ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeyanın Qazaxıstan və Qırğız Respublikasına səfəri təsadüfi deyil. Düşünürəm ki, səbəb Rusiya-Ukrayna müharibəsidir. Məncə, səfər vəziyyətin araşdırıımasına xidmət edir, xüsusilə də, Qazaxıstanın qeyri-müəyyən mövqeyinə görə”.
Bu sözləri AzVision.az -a qırğız ekspert Murat Beyşenov deyib. O xatırladıb ki, Qırğızıstan bitərəf qalmaqla Ukraynadakı vəziyyətdən “çıxmağa çalışsa” da, Qazaxıstan səs-küylü bəyanatlar verir:
ABŞ Mərkəzi Asiyada da Rusiyaya tələ qurur – Aleksey Xlopotov
“Məsələn, Birləşmiş Ştatlar Qazaxıstanın Rusiyanın BMT İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılmasının əleyhinə səs verməsindən məyus olub. Qazaxıstana üç günlük səfərə gəlmiş dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bu barədə aprelin 13-də ABŞ-ın Almatıdakı Baş Konsulluğunda keçirdiyi mətbuat brifinqində bildirib. Uzra Zeyanın Qazaxıstana 3 günlük, Qırğızıstana da eyni müddətə səfər etməsi o deməkdir ki, amerikalılar ABŞ Təhlükəsizlik Şurasına təqdim etməyə hesabat hazırlamaq üçün Avrasiya məkanındakı vəziyyəti öyrənirlər”.

Ekspert düşünür ki, ABŞ-ın digər nümayəndələri də regiona gələcək və vəziyyəti həm iqtisadi, həm də hərbi baxımdan öyrənəcəklər. “Onların ölkələrimizlə bağlı çoxlu sualları var. Hazırda Qazaxıstanda çoxlu həbs halları var. Bundan başqa, Qırğızıstanın Tacikistanla münasibətləri gərgindir. ABŞ dövlət katibinin müavini Qazaxıstan və Qırğızıstandakı vəziyyətlə bağlı hesabat hazırlayacaq”,- Beyşenov bildirib.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az



Teqlər:   ABŞ   Orta-Asiya  





Xəbər lenti