Mərcan rifləri təhlükə altındadır

   Mərcan rifləri təhlükə altındadır
  19 Aprel 2022    Oxunub:3461
Alimlər iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Karib dənizindəki mərcan riflərinin xəritəsini çəkiblər. Onlara ən çox Baham adaları, Dominikan Respublikası, Qvadelupa, Haiti, Yamaykanın şərqi və ABŞ-ın Florida ştatı ətrafında rast gəlinir.
Mərcan rifləri okeanın möcüzələridir. Yüz minlərlə kiçik canlı orqanizmlərdən ibarət olan mərcan rifləri planetin ən çox təhlükə altında olan ekosistemlərindən biridir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son hesabatına görə 1.5 dərəcə Selsitemperaturda, mərcan riflərinin yalnız 30%-nin sağ qalacağı gözlənilir. Əgər temperatur bu göstəricidən yüksək olarsa, onların sağ qalma ehtimalı kəskin şəkildə aşağı düşür. Tədqiqat qrupu fərqli iqlim modellərini müqayisə edib,qasırğanın vurduğu ziyan və “istilik stressi” kimi amilləri araşdırıb. Onlar iqlim dəyişikliyindən qorunmağa ehtiyacı olan mərcan riflərinin yayıldığı ərazilərin siyahısını müəyyənləşdirmək üçün bu addımı atıblar. Tədqiqatçı İliana Çollett bildirib ki, mərcan riflərinin ən çox yayıldığı yerləri müəyyənləşdirmək və həmin ərazilərə nəzarət etmək planetin istiləşməyə davam etdiyi bir vaxtda bu ərazilərin qorunmasında mühüm rol oynayacaq.

“The Nature Conservancy”nin direktor müavini Ximena Escovar-Fadul isə deyib ki, bu ideyalar ekosistemləri qlobal iqlim dəyişikliyindən mühafizə etmək üçün riflərin qorunması səylərini formalaşdırır. Lakin tədqiqatlar mərcan qayalarının 2 dərəcə temperatura qədər dözümlü olacağını göstərib, yəni onları qorumaq üçün təcili istixana qazı emissiyalarının azaldılması lazımdır. Araşdırma “Global Change Biology” jurnalında dərc olunub.

Aydan Mustafayeva
AzVision.az




Teqlər:





Xəbər lenti