`Qəbələ` heyfini `Xəzər-Lənkəran`dan çıxdı

`Qəbələ` heyfini `Xəzər-Lənkəran`dan çıxdı
  16 Aprel 2014    Oxunub:1372
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, ilk oyun Qəbələdə baş tutub. Eyniadlı klub "Xəzər Lənkəran"ı qəbul edib. İlk hissə qolsuz başa çatıb.

53-cü dəqiqədə "Qəbələ"nin futbolçusu Nizami Hacıyev hesabı açıb. 6 dəqiqə sonra Viktor Mendi fərqi artırıb - 2:0. 72-ci dəqiqədə N.Hacıyev dubla imza atıb - 3:0.

Digər oyunda isə "Neftçi" öz meydanında "Rəvan"ı sınağa çəkəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.


Teqlər:





Xəbər lenti