Azərbayan filmi ilk dəfə Kann Kinofestivalında

Azərbayan filmi ilk dəfə Kann Kinofestivalında
  17 Aprel 2014    Oxunub:1152
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq "Sonuncu" qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilib
Bu barədə AzVision.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətininin birgə istehsal etdikləri filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur.
İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.


Teqlər:





Xəbər lenti