Marsın yeni görüntüləri - FOTOLAR

 Marsın yeni görüntüləri -    FOTOLAR
  28 Aprel 2022    Oxunub:3078
NASA-nın Marsa göndərdiyi "Perseverance" aparatı Yerə "qırmızı planet"in səthindən yeni görüntüləri göndərib. AzVision.az xəbər verir ki, bu barədə "NASA Jet Propulsion Laboratory" Twitter səhifəsində məlumat yayıb.
Görüntülərin xüsusi Mars aparatının 26-cı uçuşu zamanı çəkildiyi bildirilir. Şəkillərdə cihazın planetə enərkən üzərində olmuş xüsusi qoruyucu örtüyü və toza bürünmüş paraşütü də əks olunub.

Qeyd edək ki, hazırda Marsda fəaliyyət göstərən "Perseverance"ın missiyasının əsas istiqaməti qədim mikroblara aid həyat əlamətlərini axtarmaqdır. Astrobiologiyaya köklənmiş aparat buradan alimlərə gərəkli olan fotolar da çəkib göndərir. Bundan başqa aparat planetin geologiyası və qədim iqlimi haqqında məlumatları ötürəcək ki, bu da insanların Marsı daha dərindən tədqiqinə yol açacaq.


Tural Tağıyev
AzVision.az



Teqlər: Mars  





Xəbər lenti