AzTV Suriyadan film hazırladı - VİDEO

   AzTV Suriyadan film hazırladı -    VİDEO
  28 Aprel 2022    Oxunub:2437
Azərbaycan Televiziyası 11 ildir müharibə şəraitində olan Suriyadan sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, “İllüziya” adlı filmin hazırlanmasında məqsəd Suriya ərazisində salınmış düşərgə, eyni zamanda, kimsəsiz uşaqlar üçün sığınacaqlarda yaşayan həmvətənlərimizin hazırkı şəraitinin işıqlandırılmasıdır. AzTV-nin çəkiliş heyəti Suriyanın müxtəlif ərazilərində olub, düşərgələrdə məskunlaşmış azərbaycanlılar və suriyalılarla həmsöhbət olub, onların yaşadığı dəhşətləri lentə alıb.

Suriyaya səfərin məhz Ramazan ayında təşkili isə təsadüfi deyil. Məhz bu ay hərbi əməliyyatlar digər aylarla müqayisədə daha az olur. Lakin bu, təhlükənin olmadığı anlamına gəlmir. Bu məqam filmdə də əks olunub. Belə ki, “İllüziya”da heyətin həyat və sağlamlığına təsir göstərə biləcək təhlükəli kazuslardan fraqmentlər yer alıb.



Filmin adının “İllüziya” seçilməsinin öz mənası var. “İllüziya”ya ərəbcə “vahum” deyilir. Kökü “vahəmə” feilindəndir. Maraqlıdır ki, leksik mənasında həm “vahimə”, həm də “reallığın təhrif olunmuş şəkildə qavranılması” birləşir. Çəkiliş heyətinin 11 ildir müharibənin bitmədiyi Suriyadan təəssüratları da bu ifadədə əks olunur.

Çəkiliş heyətinə AzTV-nin əməkdaşları – ssenari müəllifi və rejissor Vəfa Ağabalayeva, quruluşçu operator Cavid Əliyev daxildir. Filmin ideya müəllifi Rövşən Məmmədovdur. Qeyd edək ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası mərhələli şəkildə həyata keçirilir. Sözügedən ölkələrdən 2018-ci ildən indiyədək 365 azərbaycanlı Vətənə gətirilib.

AzVision.az



Teqlər: Suriya  





Xəbər lenti