“Qarabağdakı ermənilərlə təmaslara başlamışıq” – İlham Əliyev

   “Qarabağdakı ermənilərlə təmaslara başlamışıq” –    İlham Əliyev
  30 Aprel 2022    Oxunub:2127
“Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyyətimizi göstərir”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Prezidentin beynəlxalq konfransdakı çıxışının TAM MƏTNİ

Avrasiya Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı Maksim Qoənin sualını cavablandırarkən dövlət başçısı daha sonra əlavə edib ki, Qarabağda yaşayan erməni əhali sürətli iqtisadi inkişafın bir hissəsi ola bilərlər: “Onlar vahid Azərbaycan dövlətində özlərini daha çox təhlükəsiz, rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən vaz keçməlidirlər. Onlar həm də reallığı başa düşməlidirlər. Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər salmalı və anlamalıdırlar ki, yüz minlərlə azərbaycanlı yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqdır. Onlar bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı, düşmənçiliyi bir kənara qoymalı, separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb etməlidirlər. Bundan sonra onlar da faydaları görəcəklər”.



Teqlər:   İlham-Əliyev   Qarabağ  





Xəbər lenti