Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq

   Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq
  04 May 2022    Oxunub:1775
"Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir. Bu göstəricilər ümumilikdə qənaətbəxşdir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, yenə də problemli müəssisələr qalmaqdadır:

"Eyni zamanda işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti