İlon Mask “Apple” şirkətini ələ saldı

   İlon Mask    “Apple” şirkətini ələ saldı
  20 May 2022    Oxunub:2224
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask şirkətin işçilərinin Kupertinodakı qərargahına qayıtmasını daha da gecikdirmək qərarına görə “Apple” şirkətini məsxərəyə qoyub.
AzVision.az xəbər verir ki, “Apple” şirkəti işçilərinin əksəriyyəti pandemiya səbəbindən bir ildən çox evdən işlədikdən sonra 2021-ci ilin sentyabrında ofisə qayıtmalı idi. Ancaq tarix dəfələrlə təxirə salınıb. Mask “Apple”ın bu qərarı ilə bağlı xəbərə “Twitter” səhifəsində reaksiya verib.

O, yuxuda olan it memi yerləşdirib və “İdman paltarını geyinin və televizora baxın” yazıb.

İlon Mask dəfələrlə ABŞ-da şirkət işçilərini tənqid edib. Onun fikrincə, Amerikada insanlar ümumiyyətlə işə getməməyə çalışırlar. Musk “Tesla”nın Çin fabrikindəki işçilərin nailiyyətlərini müzakirə edərək Çindəki iş mədəniyyətini də yüksək qiymətləndirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Apple  





Xəbər lenti