Yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ

   Yuxusuzluğun ölümcül təhlükəsi barədə  XƏBƏRDARLIQ
  26 May 2022    Oxunub:2029
Daimi yuxu rejiminin pozulması, yuxusuzluq fonunda insanın qan təzyiqi yüksəlir və bu, qan damarlarının vəziyyətinə mənfi təsir göstərir.
Bunu rusiyalı terapevt Lyudmila Lapa bildirib.

O qeyd edib ki, yuxusuzluq infarkt riskini artırır. “Yuxunun olmaması da daimi baş ağrılarına, xroniki yorğunluğa və müxtəlif hormonal balanssızlıqlara səbəb olur. Yuxunun olmaması səbəbindən qan təzyiqi kəskin şəkildə yüksəlir və bu, həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər” - həkim vurğulayıb.

“Əgər qan təzyiqimiz daim 200-dən yuxarıdırsa, bu, adətən yuxusuzluqla müşahidə olunur, qan damarlarında və ürəkdə fəsadlar yaranır ki, bu da təbii olaraq infarkt və ya insultla nəticələnir. Yuxunun keyfiyyətinə gecə saat 11-dən əvvəl istehsal olunan müəyyən hormonlar cavabdehdir, əgər orqanizm onların çatışmazlığı ilə qarşılaşarsa, o zaman hormonal pozğunluqlar və ürək-damar sistemində problemlər yaranır” -terapevt əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti