Erməni beyni gücə düşəndə... – Ədalət Verdiyevin cavabı
Silahlı ermənini zərərəsizləşdirəndə Azərbaycan tərəfi bunu elan etməkdən çəkinməyib və çəkinməyəcək. Azərbaycanın məqsədi işğalçı erməni əsgərlərin sayını azaltmaqdan ibarət olsaydı, Eduard saxlanılmazdı, saxlanılsaydı belə, sağ qaytarılmazdı. Odur ki, erməni tərəfinin iddiaları məntiqə sığmır və absurddur.
Azərbaycana qarşı əsassız iddiaların ucbatından “Erablur” panteonunda hər gün onlarla erməni əsgərini basdıranlar bir nəfər Vardanyana görə elə hay salıblar ki, sanki bunların yetim-yesir erməni xalqına canları yanır. Halbuki Ermənistanda yaxşı vəzifələr, yağlı mövqelər, deputat və nazir kürsüləri hakimiyyətə yaxın imkanlılar, döyüş, ordu və ölüm isə daim kasıb ermənlər üçün olub. Hazırda erməni silahlıları həm sərhəddə, həm də Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində ərazilərində ən böyük problemi məhz təhlükəsizliklə bağlıdır. Belə olmasaydı Azərbaycandan olan jurnalistlər İrəvanın mərkəzindən silsilə kadrlar yayımlaya bilməzdilər.
Odur ki, İrəvanda Ermənistanın əzişdirilməsi və alçaldılması prosesinin başa çatmasını həqiqətən də istəyənlər varsa, o zaman axmaq bəyanatlarından əl çəkməlidirlər. İrəvan rəsmiləri birgə Bəyanatın şərtlərinin yerinə yetirilməsini, o çümlədən sərhədlərin müəyyənləşdirilməsini sürətləndirmək və sülh sazişini imzalamaq üzrə real addımlar atmalıdırlar. Əks halda Azərbaycanın gözləmək üçün ayırdığı səbr limitinin bitməsi növbəti dəfə Əsgərimizin Zəngəzurdan eşidilən ayaq səsləri ilə müşaiyət olunacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: Erməni-xəstəliyi