Belarus yeni savaşa hazırlaşır: 20000 “ölüm jetonu” sifariş verildi
“Беларускі Гаюн” fəallarının monitorinq qrupunun aşkara çıxarıdığı faktların sırasında sifarişə dair texniki tələblər də yer alıb: jetonlar küncləri yuvarlaqlaşdırılmış düzbucaq formasında və alüminiumdan hazırlanmalıdır; üzərində isə "ВС Беларуси" (Belarus Silahlı qüvvələri) yazısı, seriya indeksi, nömrə, həmçinin qan qrupları və onların rezus-faktor cədvəli yer almalıdır.
Maraqlıdır ki, Belarus ordusunda bu tip jetonlar yalnız müqaviləli həqiqi hərbi xidmətçilərə və... ehtiyatda olan zabitlərə veriləcək. 2019-cu ilə olan məlumata əsasən, Belarus Silahlı qüvvələrinin şəxsi heyətinin yalnız 25%-i müqaviləli hərbçilərdir və bu rəqəm kvotaya əsasən hər il 1000 nəfərə qədər artıb. Monitorinq qrupunun fikrincə, hazırda nazirlik tərəfindən sifariş edilən jeton sayı tələb olunandan 2 dəfə çoxdur. Yəni, Belarus faktik olaraq gizli şəkildə hansısa növbəti hərbi avantüraya hazırlaşır.
Güman etmək olar ki, o Rusiyanın Pribaltika dövlətlərinə qarşı hibrid təxribatının bir elementinə, məsələn 1939-cu ildə faşistlər tərəfindən gerçəkləşdirilən Qleyvits (Gleiwitz) əməliyyatının müasir analoqunun təşkilatçısına çevrilə bilər. Nəticədə Kalininqraddan Belarusa qədər olan 65 kilometrlik Suvalki dəhlizi (Suwalki Gap) bağlana, Latviya/Litva/Estoniya mühasirəyə düşərək, rus ordusu ilə təkbətək qala bilər.
Hərbi ekspert İqor Korotçenko bu cür əməliyyatın keçirilməsini hələ Ukrayna müharibəsindən öncə anons etmişdi. Onun siyasi əsaslandırılması (casus belli: Belarusa "hücum") və rekivizitləri (hərbi jetonlar) isə hazırlanmaqdadır...
Hans Kloss
AzVision.az üçün