Sirr açıldı: Fransa kəşfiyyatının analitikləri Rusiyaya işləyir

      Sirr açıldı:    Fransa kəşfiyyatının analitikləri Rusiyaya işləyir
  02 İyun 2022    Oxunub:3099
"Xüsusi əməlliyat"ın ilk üç ayının təbliğat savaşını uduzan Rusiya Henri Kissincer kimi "ağır atrilleriya”sını işə salaraq, öz maraqlarını müdafiə edən şəxs və qurumları bir-bir bəlli etməyə başlayıb. Fransa Kəşfiyyat Araşdırmaları Mərkəzi (СF2R) də bu qəbildəndir.
Mərkəzin bu yaxınlarda yaydığı araşdırmanın ümumi narrativi belədir ki, guya Ukraynada "Rusiya ordusunun məğlubedilməzliyi" ön plana çıxır. Olivye Düjardenin hazırladığı analitik hesabatda bildirilir ki, Ukrayna Silahlı qüvvələri Donbass istiqamətində hər-hansı əks-hücum və ya geniş əməliyyat keçirmək iqtidarında deyil.

Maraqlısı odur ki, taktiki və strateji vəziyyəti izah edən Düjarden sadaladığı səbəblər sırasında Rusiya mediasından götürülmüş hazır təbliğat klişelərindən istifadə edir. Yani, hazır təlimatları gerçəkləşdirməklə məşquldur. Bunların içində yer alan "xüsusi əməliyyat uğurla davam edir", "Rusiya hərbi-sənaye kompleksi tam müstəqil şəkildə fəaliyyət göstərə bilər", "Ukrayna əsgərləri təcrübəsizdir" kimi tezislər hərbi-siyasi analitiklərinin xüsusi diqqətinə səbəb olub.

Hesabatda qeyd olunan fikirlər və analiz manipulyasiya xarakterlidir, çünki onun mayın 22-də dərc olunmasından sonra Ukrayna ordusu qeyd olunan istiqamətlər üzrə bir neçə genişmiqyaslı və uğurlu əks-hücum keçirib.

Bundan əlavə, məhz hərbi-sənaye kompleksi istiqamətində tətbiq edilən müxtəlif sanksiyaların təsirindən Rusiya ordusu ehtiyat hissələrsiz və tələb olunan texnologiyalarsız qalıb. Məsələn, "Uralvaqonzavod" Elmi-Sənaye Kompleksinin son "layihəsi" - konservasiyadan çıxarılan köhnə PDM-lərin üzərinə... “ZTR-82A” qülləsinin quraşdırılması və bu "frankenşteyn”lərin boyanaraq cəbhəyə göndərilməsi bunu sübut edir. “PDM-1K” (БМП-1К) adı almış bu mutant Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi 2700-ə yaxın zirehli maşını qismən əvəz etməlidir.



СF2R birinci dəfə deyil ki, Rusiya təbliğatına yaxın hesabat dərc edir. Bu səbəbdən mərkəzin bir neçə işçisi istefa versə də, təşkilat fəaliyyətini davam etdirir. Bu fəaliyyətin kimin maliyyə dəstəyi hesabına baş tutması isə, artıq sirr deyil...

Hans Kloss
AzVision.az üçün


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti