`Avroviziya`da qələbə: nə lazımdır və neçəyədir?

`Avroviziya`da qələbə: nə lazımdır və neçəyədir?
  22 Aprel 2014    Oxunub:1319
Çoxdan bəllidir ki, `Eurovision` – sadəcə mahnı müsabiqəsi deyil. Orada “Daha yaxşı oxuyan qalib gəlir” prinsipi işləmir. Hər şey daha mürəkkəbdir.

Mayın 2-6-da Danimarkada keçiriləcək növbəti “Avroviziya” ətrafında siyasi oyunlar artıq başlayıb: Rusiyanı təmsil edəcək Tolmaçeva bacılarının Krıma görə protest olunacaqları bildirilir. Bəzi xəbərlərə görə isə, Avropa Yayımçıları İttifaqı Ermənistanı qalib etməyə çalışacaq.

Bəs son illərin qaliblərini analiz edəndə hansı nəticələrə gəlmək mümkündür? Avroviziyada kimlər qalib gəlir?

1) İveçdə yazılan mahnılar

Avroviziya iştirakçılarının az qala yarısı mahnılarını İsveçdə yazdırır. ABBA-nın vətəni dünya musiqi biznesinin mərkəzlərindən sayılır. Orada son trendləri nəzərə almaqla meqahitlər yazmağı bacaran peşəkar qruplar var. Və bu işi heç də ucuz görmürlər: bir mahnının qiyməti 200-300 min avrodan aşağı olmur.

Ümumiyyətlə, “Avroviziya”da uğurlu çıxış etmək üçün 2-3 milyondan az olmayan büdcənin lazım oluğu deyilir.

2011-ci ildə Aysel və Araş-ın oxuduqları “Always” mahnısı İsveçdə yazılmışdı. Ötən il Rusiyanı təmsil edən Dina Qaripovanın ifa etdiyi “What If” mahnısı da həmçinin İsveç “istehsalı” idi.

2) Şablonları dağırtmaq

Finlandiyanın “Lordi” qrupunun qələbəsini məhz bu amil təmin etmişdi. Rusiyanın “Buranovsk nənələri” də (2012-ci il, 2-ci yer) həmçinin şablonları dağırtmaq idi. Buna qədər heç vaxt qoca qarılar çıxıb “Avroviziya” səhnəsində etnik mahnı oxumamışdılar. Amma aydındır ki, bu ideya ikinci dəfə işləməyəcək – nəsə yeni bir şey düşünmək lazımdır.

3) Öz dilində oxumaq

Çoxları elə bilir ki, ingiliscə oxumaqla irəli çıxmaq olar. Amma bu, səhvdir. Əvvəla, Avropada heç də çoxları Şekspirin dilini bilmir. İkincisi, mahnının mətni əsas amil deyil. 2007-ci ildə Mariya Şerifoviç serb dilində oxudu və qalib gəldi. “Buranovsk nənələri” isə hətta Rusiyada belə çox az adamın anladığı Urdmut dilində oxumuşdular. Əsas olan ruhdur, mahnının sözləri yox.

4) Sadəlik

Dəbdəbəli və insanı mat qoyan xoreoqrafiya – gözəldir, amma vacib şərt deyil. 2010-cu ildə almaniyalı Lena Mandrut az qala məktəb şənliyində ozuyan qızlar kimi səhnəyə çıxmışdı. Amma qalib gəldi. Çünki o, sadə idi, adam ona inanmaq istəyirdi.
Aleksandr Rıbak isə 2009-cu ildə dövrün dəbindən tamamilə uzaq olan melodiya və ritmlə səhnəyə çıxmışdı. Amma ürəkdən oxudu və Avropanı heyran etdi.

“Komsmolskaya Pravda”nın materialları əsasında
AzVision.az


Teqlər:  





Xəbər lenti