Fantaziya hamamının sahibinə xəbərdarlıq edilib

   Fantaziya hamamının sahibinə xəbərdarlıq edilib
  08 İyun 2022    Oxunub:1612
Fantaziya hamamı dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Qanunvericiliyə uyğun olaraq abidənin qorunması, eləcə də bərpa-konservasiya işlərinin aparılmasına nəzarəti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti həyata keçirir.
Bu barədə AzVision.az -a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, tarixi abidə xüsusi mülkiyyətdədir: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunması, salamatlığının təmin edilməsi və istifadəsinə dair mühafizə müqaviləsi bağlayır. Belə bir müqavilə Fantaziya hamamının mülkiyyətçisi ilə də bağlanılıb”.

Vurğulanıb ki, bir müddət öncə ətrafı hasarlanan Fantaziya hamamında aparılacaq hər hansı tikinti işləri ilə bağlı Dövlət Xidmətinə müraciət edilmədiyindən iş icraçılarına xəbərdarlıq edilib.

“İzah edilib ki, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər bərpa konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Dövlət Xidmətinə təqdim etməlidirlər. Bərpa-konservasiya işləri layihə təsdiq edildikdən sonra, mütəxəssislərimizin nəzarəti altında həyata keçirilə bilər.

Tarixi abidədə aparılacaq bərpa-konservasiya işləri haqqında qanunvericiliyin tələbləri detallı şəkildə diqqətə çatdırılıb”, - məlumatda deyilib.

AzVision.az



Teqlər:





Xəbər lenti