Şagirdlərin təhsil pillələri üzrə 2026-ci ilə olan proqnozu

   Şagirdlərin təhsil pillələri üzrə 2026-ci ilə olan proqnozu
  10 İyun 2022    Oxunub:907
2010-cu ildə I sinfə daxil olan şagirdlərin təhsil pillələri üzrə paylanmasının 2026-ci ilə olan proqnozu məlum olub.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent 12" jurnalının təqdimatı zamanı çıxışında deyib. O bildirib ki, 2010-cu ildə I sinfə daxil olanlardan 31.2 %-nin ali məktəbə qəbulu proqnozlaşdırılır.

O qeyd edib ki, I sinif şagirdlərindən 15.9%-i 9-cu sinifdən sonra təhsilə davam etməyəcəklər, 15.7 %-i 11-ci sinifdən sonra ali və orta ixtisas təhsil müəssisələrinə qəbul üçün ərizə verməyəcək, 13.7 %-i ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmayacaq.

M.Abbaszadə əlavə edib ki, həmin şagirdlərdən 8.9 %-i tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olacaq: "8.4 %-i peşə məktəblərinə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olacaq, 6.2 %-i isə 9-cu sinifdə haqqında məlumat olmayanlar olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti