Mədəsindən qaşıq, qələm, qapaq, bıçaq çıxdı

Mədəsindən qaşıq, qələm, qapaq, bıçaq çıxdı
  23 Aprel 2014    Oxunub:1444

Türkiyənin Kutahya bölgəsində baş verən bir olay həm həkimləri, həm də eşidənləri şoka salıb.

Qarın ağrısı ilə həkimə gətirilən 15 yaşlı uşağın mədəsindən elə şeylər çıxdı ki, həkimlər belə təəccübdən nə edəcəklərini bilmədi.

Həkimlərin yoxlamasından sonra uşağın mədəsində 1 ədəd meyvə bıçağı, 2 ədəd çay qaşığı, 4 ədəd dondurma çubuğu, 5 ədəd ağac budağı, 1 ədəd şüşə qapağı, 1 ədəd adi və 1 ədəd mürəkkəb qələm aşkar edilib. Üst-üstə onun mədəsindən 16 ədəd yeyilməsi mümkün olmayan əşya çıxarılıb.

Xəstə əməliyyatdan qısa zamandan sonra özünə gəlib və yemək yeməyə başlayıb.

Emin



Teqlər:  





Xəbər lenti