Çin: "Yadplanetlilərə aid siqnallar aşkarlanıb"

      Çin:    "Yadplanetlilərə aid siqnallar aşkarlanıb"
  16 İyun 2022    Oxunub:2614
Çində yerləşən və dünyanın ən böyük radioteleskopu olan "FAST" yerdənkənar sivilizasiyalara aid siqnalları qeydə alıb. Astronomların fikrincə, bu yadplanetlilərin mövcuduğunu göstərən ciddi sübut sayıla bilər.
Astronomiyada nadir hadisə: Alimlər ekzoplanetin fotosunu çəkdilər- FOTO
Çin mətbuatı yazır ki, əvvəllər də bu barədə məqalə yazılıb və o Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyinin rəsmi nəşri olan “Keji ribao”da dərc olunub. Lakin sonra qəzet materialı öz saytından yığışdırıb.

Məqalədə Çinin Yerdənkənar Sivilizasiya Araşdırma Qrupunun rəhbəri, professor Çjan Tunzenin fikirlərindən sitat gətirilir.

Onun sözlərinə görə, 2020-ci ildə 2019-cu ildə FAST radioteleskopundan istifadə etməklə əldə edilən məlumatların təhlili aparılıb. Bu zaman “yerdən kənar sivilizasiyadan gələ biləcəyi” ehtimal edilən iki növ şübhəli siqnal aşkar edilib. 2022-ci ildə isə tədqiqat qrupu ekzoplanetlərdən birini müşahidə edərkən daha bir “şübhəli” siqnal aşkarlayıblar.

Qeyd edək ki, nəhəng radioteleskop olan FAST-ın yaradılması təşəbbüsü hələ 1994-cü ildə Çin mütəxəssisləri tərəfindən irəli sürülüb.

Sahəsi 30 futbol meydançasına bərabər olan teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. FAST 2016-cı ilin sentyabrında Quyçjou əyalətinin Qiannan Bui Miao Muxtar Prefekturasının Pinqtanq şəhərinin ucqar dağlıq ərazisində istifadəyə verilib.
O. 1,2 milyard yuana (180 milyon dollar-red.) başa gəlib və bu günə qədər Çinin ən bahalı astronomiya layihəsidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Astronom   Yadplanetli  





Xəbər lenti