DİM 9 nəfərin imtahan nəticəsini ləğv etdi

   DİM 9 nəfərin imtahan nəticəsini  ləğv etdi
  17 İyun 2022    Oxunub:2176
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
AzVision.az -ın DİM-ə istinadən verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38539 abituriyentdən (I qrup üzrə 33219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti