Kəmaləddin Heydərov yeni mahnı bəstələdi

Kəmaləddin Heydərov yeni mahnı bəstələdi
  25 Aprel 2014    Oxunub:1961
Müğənni Yaşar Cəlilov Azərbaycanın fövqəladə hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərovun (Kamal) yeni bəstəsini ifa edib.

Müğənni AzVision.az-a bildirib ki, sözləri nəğməkar şair Baba Vəziroğluya aid "Ulduzlu gecə" mahnısı artıq hazırdır.

Yaxın günlərdə təqdim olunacaq kompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y. Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayət edib. "Ulduzlu gecə" lirik janrdadır.

"Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti