ABŞ-ın 70 il əvvəlki “uçan əsgər” layihəsi – FOTOLAR+VİDEO

   ABŞ-ın 70 il əvvəlki “uçan əsgər” layihəsi –    FOTOLAR+VİDEO
  06 İyul 2022    Oxunub:3327
1950-ci illərin ortalarında “de Lackner Helicopter” şirkəti Amerika ordusu üçün “HZ-1” (başqa adla “YHO-2”) adlanan fərdi vertolyotlar – aerotsikllər düzəltmişdi. Qurğunun ilk sınaq uçuşu 1955-ci ilin yanvarında Bruklin hərbi terminalında baş tutmuşdu.

15 saatdan çox çəkən 160 sınaq uçuşundan sonra nəticələr qənaətbəxş sayılmış, ordu üçün aerotsikllər sifariş edilmişdi. Təcrübələr göstərirdi ki, istənilən əsgər 20 dəqiqəlik hazırlıqdan sonra “fərdi vertolyotu” idarə etməyi öyrənə bilir. Amma sonrakı sınaqlar bu qurğuların kifayət qədər narahat və təhlükəli olduğunu ortaya çıxardı. Getdikcə qəzaların sayı artmağa başladı.


Nəhayət, Lenqlidəki araşdırma mərkəzi real aerodinamik kamerada sınaqlar təşkil etdi. Bundan sonra “fərdi uçuş vasitəsi”ndən imtina etmək qərara alındı.

Tariyel Həsənov
AzVision.az

Digər fotolar:

Qalereya




Teqlər: Texnika  





Xəbər lenti