Maskın raketi sınaq zamanı partladı - VİDEO

   Maskın raketi sınaq zamanı partladı -    VİDEO
  12 İyul 2022    Oxunub:1679
İlon Maskın “SpaceX" şirkətinə məxsus "Starship” kosmik gəmisini buraxılışı üçün nəzərdə tutulmuş daşıyıcı raketin sınağı uğursuz olub. Texasda keçirilən sınaq başlayan kimi bitib, raket daşıyıcısı buraxılış meydançasındaca alovlanıb.
Sürətli raketlər, Aya uçuşlar və Marsa missiyalar: 2022-ci ildə astronavtikanı nə gözləyir?
AzVision.az xəbər verir ki, bu barədə "NASASpaceFlight.com" saytının baş redaktoru Kris Burqin Twitter-də məlumat yayıb. O, sosial şəbəkədə güclü partlayışın və ardınca baş verən yanğının videosunu yerləşdirib.

Kadrlardan görünür ki, 33 "Raptor" mühərriki ilə təchiz edilmiş sürətləndiricinin işə salınmasından cəmi bir neçə saniyə sonra o, alov şarına çevrilir.

Qəzanın səbəbi və insan tələfatı barədə məlumat verilməyib. Amma Mask hadisəyə reaksiya verib. İş adamı hər şeyin "o qədər də yaxşı getmədiyini" qeyd edib və komandasının dəymiş zərəri qiymətləndirdiyini söyləyib.

Qeyd edək ki, yenidən istifadə edilə bilən “Starship” kosmik gəmisi Marsa uçuşlar üçün reallaşdırılır. O 100 nəfər üçün nəzərdə tutulub. Gəminin prototipləri artıq uçuşdan sonra Yerə qayıdaraq bir neçə dəfə sınaq uçuşları həyata keçirib. Lakin indiyədək onlar sınağı yalnız Yer atmosferi daxilində keçiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Raket   İlon-Mask  





Xəbər lenti