Əzrailin unutduğu adam – 179 yaşlı qoca

Əzrailin unutduğu adam – 179 yaşlı qoca
  26 Aprel 2014    Oxunub:6221
Hindistanın Varanasi şəhərində tək yaşayan Mahasti Murasi adlı şəxs Ginnesin rekordlar kitabına düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşını eşidənlər buna inanmasa da Murasinin 179 yaşı var. Onun əlində yaşını sübut edən dəlilləri var.

1835-ci il iyunun 6-da dünyaya gələn Murasi 1957-ci ilə qədər ayaqqabı təmirçisi kimi çalışıb. 122 yaşı olanda pensiyaya çıxıb:

“Deyəsən Əzrail məni unudub. O qədər uzun ömür yaşamışam ki, hətta nəvəmin nəvəsinin də ölümünü görmüşəm. 150 yaşını keçən heç kim yoxdur. Deyəsən mən ölümsüzəm”.

Səhhəti ilə bağlı əvvəllər heç bir problemi olmayan Murasinin sonuncu həkimi 1971-ci ildə vəfat edib.

Murasi bəşər tarixinin ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşüb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti