Google, Microsoft və Facebook niyə birləşdi?

Google, Microsoft və Facebook niyə birləşdi?
  27 Aprel 2014    Oxunub:1131
Linux Foundation koordinasiyası ilə böyük İT korporasiyaları (Microsoft, IBM, Google, Facebook, Cisco Systems, Dell, Fujitsu, Intel, NetApp, VMWare, Amazon və Rackspace Hosting) açıq kodlu proqramlarda boşluğun aradan qaldırılması ilə əlaqədar öz səylərini birləşdirəcəklər.

AzVision.az ICTnews-a istinadən bildirir ki, proqram kodunun yoxlanması təşəbbüsü Core Infrastructure Initiative (CII) adlandırılıb. İştirakçılar ümid edirlər ki, bu təşəbbüs gələcəkdə müvafiq Heartbleed təhlükəsizlik sistemində boşluqların aradan qaldırılmasına kömək edəcək.

Linux Foundationun icraçı direktoru Cim Zemlin deyib ki, bu təşəbbüsü ilk öncə Google, daha sonra Facebook və Intel şirkətləri dəstəkləyib və qoşulublar. Aprelin 24-də isə təşəbbüsə başqa 8 təşkilat qoşulub.

Şirkətlərin hər biri bu layihəyə 3 il ərzində 100 min dollar vəsait yatıracaqlar. Bu məbləğ açıq mənbə kodlu proqram təminatının təkmilləşdirilməsinə sərf ediləcək.


Teqlər:  





Xəbər lenti