Böyük Qayıdış: 5 il əvvəl, ilk addım... – VİDEO

// Öngörümə çevrilən video

    Böyük Qayıdış:  5 il əvvəl, ilk addım... –    VİDEO
  19 İyul 2022    Oxunub:2286
2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpənin azad edilməsilə Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi və dinc həyat axarına qayıda bildi. Qısa müddətdən sonra orada evlər bərpa olundu, əhalinin köçü balşadı. Bu, azad olunmuş torpaqlara baş tutan ilk dönüş idi...
O zaman bu tarixi hadisənin bizdə yaratdığ emosiyaları, doğurduğu ümid, inam və arzuları ifadə etmək üçün AzVision.az “Qarabağa Qayıdış” layihəsinin üçüncü videosunu çəkməyi qərara aldı. Real insanlar ilə, real yerdə...

5 il əvvəl, 2017-ci ilin iyununda prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində tikilən ilk evlərin açılışını etdi. O zaman biz ürəkdən inanırdıq ki, bu, Böyük Qayıdışın sadəcə ilk addımıdır, hər şey hələ qabaqdadır... Ona görə də videonun sonunda bu sözlər səslənir: “Azərbaycanın işğal altında olan 900 yaşayış məntəqəsində işığı söndürülmüş 150 min ev var. Bir gün onların hamısının işıqları yenidən yanacaq!”



Budur, həmin gün gəldi. Video sanki öngörüm imiş: Hər şey orada göstərildiyi kimi oldu... 5 il sonra bu videoda ifadə olunan ümid reallaşdı. Eynilə göstərdiyimiz kimi!.. İnanılmazdır. Fikirlər doğrudan da maddiləşirmiş...

Bu gün – 5 ildən sonra bu videonun hazırlanmasında zəhməti olan hər kəsə bir daha ürəkdən təşəkkür edirik.

"Qarabağa qayıdış" silsiləsidən birinci videoya buradan , ikinciyə isə buradan baxa bilərsiniz.

AzVision.az


Teqlər: Böyük-Qayıdış  





Xəbər lenti