Fiziklər ildırımı lazerlə istiqamətləndirə biliblər

   Fiziklər ildırımı lazerlə istiqamətləndirə biliblər
  25 İyul 2022    Oxunub:2090
Alimlər ildırımın yayılmasını lazerlə idarə edə biliblər.
AzVision.az xəbər verir ki, ildırım insanlar və mexanizmlər üçün təhlükəli ola bilər. Onlarla mübarizə aparmaq üçün ildırım çubuqlarından və ya daha çox ekzotik üsullardan istifadə olunur - buludun içinə atılan məftilli kiçik bir toz raketi kimi.

Parisdəki Politexnik universitetinin müəllimi Orelien Huar və onun həmkarları lazer şüalanmasından istifadə edərək ildırım yarada bildilər. 2021-ci ilin yay-payız aylarında fiziklər yaxınlıqdan göy gurultulu buludların keçməsi zamanı İsveçrə Sentis qülləsinin üstündəki səmaya güclü lazer şüası göndərdilər. Güclü lazer şüalanması havanın ionlaşmasına və keçirici plazma kanalının əmələ gəlməsinə səbəb olur. Nəticədə, yığılmış yük onun içindən keçərək ildırım vura bilər.

Ümumilikdə, təcrübələr zamanı qülləyə 16 dəfə ildırım düşüb, onlardan dördü lazerə məruz qalma nəticəsində olub. Müəlliflər öz nəticələrini sələflərinin uğursuz cəhdləri ilə müqayisə edərək belə nəticəyə gəliblər ki, uğurun açarı lazer impulslarının yüksək təkrarlanma tezliyidir.
Alimlər ümid edirlər ki, onların aparatının bazasında əhəmiyyətli təkmilləşmədən sonra effektiv lazer ildırım çubuğu yaratmaq mümkün olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti