"Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil"

   "Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil"
  29 İyul 2022    Oxunub:1755
“Qətiyyən bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir:

"Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”.

“Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq”, - nazir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti