Safura ilə nazir oğlunun yeni FOTOLARI

Safura ilə nazir oğlunun yeni FOTOLARI
  29 Aprel 2014    Oxunub:3423
Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran və karyerasına son qoyan müğənni Safurə Əlizadə ilk dəfə olaraq mətbuata müsahibə verib.
AzVision.az S.Əlizadənin 1news.az-a müsahibəsini təqdim edir:

- Safurə, toydan sonra həyatında nə cür dəyişdi?

- Əlbəttə hər şey yaxşı tərəfə dəyişdi. Mənim üçün çox vacib olan, karyeramla bağlı və həyat üçün prioritet hesab etdiyim hər şey ikinci plana keçdi. Mənim üçün ailəm və onunla bağlı hər şey ən vacib oldu. Sevilmək və sevmək ən böyük xoşbəxtlikdir.

- Səhnə üçün darıxırsan? Çoxsaylı fanatlarına nə demək istərdin?

- Düzünü deyim ki, darıxmağa vaxtım yoxdur. Ətrafımda tez-tez məni görməyə gələn xeyli sayda dostlarım, qohumlarım, yaxınlarım var. Vaxt olanda biz də onlara gedirik və bu, mənim həyatımı daha rəngarəng, dinamik edir. Özümlə tək qalmaq imkanı tapanda isə musiqi yazıram, bəzən isə rəsm çəkirəm. Fürsətdən istifadə edib 1news.az vasitəsilə mənə qulaq asan və məni sevən bütün fanatlarıma salam göndərirəm və onlara öz təşəkkürümü bildirirəm.

- Sənin şəkillərinə baxıram və görürəm ki sən xoşbəxtsən – sənin üçün xoşbəxtlik nədir?

- Bəli, mən dğrudan da xoşbəxtəm. Mənim gözəl, sevimli həyat yoldaşım, məni sevən ailəm və isti ocağım var. Mənə inanın xoşbəxt olmaq üçün başqa heç nə lazım deyil!”

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti