Bu il hansı tələbələr xaricə göndəriləcək?

   Bu il hansı tələbələr xaricə göndəriləcək?
  23 Avqust 2022    Oxunub:1423
"Bu il mühəndislik, elm, texnologiya sahəsində təhsil almaq istəyən tələbələrin xaricə göndərilməsini təmin etmək istəyirik".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, magistr səviyyəsi üzrə xaricdə təhsil proqramının meyarlarına uyğun gələn müraciətçilərin sayı gözləniləndən az olub:

"Hazırda xaricdə təhsil üçün 80 bakalavr, 190 nəfər isə magistr seçilib. Boş qalan yerlərə elan verilib. Düşünürəm ki, bu həftə və ya gələn həftə təkrar müraciətlərə baxılacaq. Bu il ümumilikdə 300-dən artıq tələbənin xaricdə təhsil proqramına seçiləcəyini proqnozlaşdırırıq".

AzVision.az


Teqlər:





Xəbər lenti