"Science Alert"in məlumatına görə, bu yeni görüntüdə Yerdən təxminən 5600 işıq ili uzaqda olan bir ulduz əks olunub. Teleskopun "infraqırmızı gözü" qeyri-adi bir detalı sezə bilib. Ulduz sanki xaricə yayılan və işıq halqaları kimi görünən müəmmalı bir şeylərlə əhatə olunub.
Bildirilir ki, bu "konsentrik üzüklər" realdır, hansısa işıq effektinin nəticəsi deyil.
Tural Tağıyev
AzVision.az