500-dən yuxarı bal topladılar, ancaq tələbə ola bilmədilər

 500-dən yuxarı bal topladılar, ancaq tələbə ola bilmədilər
  01 Sentyabr 2022    Oxunub:1121
Bu il I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"IV ixtisas qrupu üçün bu hal təbiidir. Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir yer yazdığı üçün ali məktəbə daxil ola bilmir. Amma bu il üçün Tibb Universitetində yeni açılan ixtisaslar da var ki, onların keçid balı aşağıdır. Bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı ötən illə müqayisədə çox azdır.

Təxminən 2400 plan yeri boş qalıb. Həmin yerlər artıq təqdim edilib. 200-dən yüksək nəticə göstərən və uğur qazanmayanlar abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr, uğur qazana biləcəklər. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".

AzVision.az



Teqlər:





Xəbər lenti