Britaniya ikonası Liz Trass: Ən dəbli Baş nazir necə geyinir?

   Britaniya ikonası Liz Trass:    Ən dəbli Baş nazir necə geyinir?
  06 Sentyabr 2022    Oxunub:2776
Liz Trassı tez-tez “İkinci Tetçer” adlandırırlar, lakin siyasətçinin üslubu yalnız bu yaxınlarda “Dəmir ledi” obrazını əks etdirməyə başlayıb. Qadın diplomat Boris Conson kreslosu üçün yarışmazdan əvvəl daha çox gözlənilməz geyimləri ilə gündəmdə olurdu.
47 yaşlı Liz Trass Böyük Britaniyanın yeni Baş naziri olub. O, Marqaret Tetçerin ardıcıl pərəstişkarı hesab olunur və bu, təkcə siyasi baxışlara deyil, hətta üslub məsələlərinə də aiddir. Dəmir Ledi kimi, onun varisi və Britaniyanın baş naziri vəzifəsini icra edən üçüncü qadın mavi geyinməyi çox sevir. Xoşbəxtlikdən, Mühafizəkarlar Partiyasının ənənəvi olaraq istifadə etdiyi rəng Liza həqiqətən yaraşır.



Bildiyiniz kimi, moda müşahidəçiləri Marqaret Tetçerin ən möhtəşəm çıxışlarını 19-cu əsrin ortalarına aid olan ingilis brendi “Aquascutum” ilə əlaqələndirirlər. Brend İngiltərənin ən məşhur Baş naziri Uinston Çörçill və bir çox başqa siyasətçilər və titullu şəxslər tərəfindən bəyənilirdi. Lakin Liz Trassın daha təvazökar üstünlükləri var.



Siyasətçi bahalı berndlərə üstünlük vermir. O, Britaniya geyim brendlərinə - “LK Bennett”, “Karen Millen”, “Whistles” və “The Fold”dan geyinir. İlk üç şəbəkənin mağazaları bütün dünyaya yayılır və Keyt Middlton da daxil olmaqla bir sıra britaniyalı qadınların diqqəti sayəsində məşhurlaşıb. “The Fold” yeni məşhur onlayn mağazadır.



Bu yaxınlarda keçirilən debatda Baş nazirliyə namizəd təxminən 200 funt-sterlinq dəyərində mavi paltarda göründü və bu, seçicilər tərəfindən yaxşı qarşılanıb. Buna baxmayaraq, siyasətçinin qəsdən öz imicini az-çox klassik və qadına xas tərzdə qoruyub saxlaması nəzərə çarpır. Trassın favoritləri siyahısında London dizayneri Vinser London da qeyd olunur. Əvvəlki dövrdə, Trass Tereza Meyin kabinetində olarkən, qırmızı rəngi sevirdi, kombinezonlar geyirdi və hətta dəri gödəkçədə işə gedirdi.



O vaxtdan bəri Lizin tutumlu qırmızı çantası var və o, hələ də bu çanta ilə görüşlərə gedir. Böyük Britaniyanın yeni baş nazirinin ayaqqabılara münasibəti çox fərqlidir. O, klassik paltarlarla ağ idman ayaqqabısını da kombn edə bilər. Qadın dilpomat yumşaq loaferləri sevir, lakin rəsmi tədbirlərdə qara və boz rəngli dikdaban ayaqqabıları da məharətlə geyinir.



Trass həmçinin kostyumları gözəl seçir. Britaniyalı diplomat Rusiyaya gələndə Lavrovun (Rusiya xarici işlər naziri - Red) obrazını uğurla əks etdirən boz-mavi kostyum geyinmişdi. Və, bəlkə də, Trass qarderobunda ən nəzərə çarpan kateqoriya üst geyim idi. Liz ilk dəfə Moskvaya rəsmi səfərə gələndə əynində xəz palto və xəz papaq vardı, baxmayaraq ki, Rusiya paytaxtında hava şaxtalı deyildi və +2 dərəcə isti idi.



Həmişə mirvari taxan Tetçerdən fərqli olaraq, Liz Truss daha müasir zinət əşyalarına üstünlük verir. Lakin “dəmir ledi” kimi o dəsti çıxarmadan geyinir. Bu, eyni dəstdən oval kulon və sırğalı qızıl zəncirdir. Tez-tez sarışın, tək isti diapazonu saxlayaraq, onları bir dəri kəmərdə qızıl saat ilə birləşdirir.

AzVision.az


Teqlər: Britaniya   Baş-nazir  





Xəbər lenti