Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

   Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək
  07 Sentyabr 2022    Oxunub:910
"Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır. Artıq müsahibə komissiyaları yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə ənənəvi formatda olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir imtahanda bəzi müəllimlərin sözləri səhv yazmalarına da aydınlıq gətirib. O qeyd edib ki, bu, hələ ilkin nəticələrdir və niyə baş verməsi araşdırılmalıdır:

"Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyacan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-29 bal yığıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti ildə sertifikasiya imtahanı keçiriləcək. Təşkil ediləcək təkmilləşdirmə kursları onlara kömək olacaq, həm həyacanlarını dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzürsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti