İki ayda 100-ə yaxın bağça müdiri işdən çıxarılıb

   İki ayda 100-ə yaxın bağça müdiri işdən çıxarılıb
  08 Sentyabr 2022    Oxunub:852
İyun və iyul aylarında 100-ə yaxın bağça müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, nəzarət tədbirləri bundan sonra da davam edəcək.

Şöbə müdiri həmçinin qeyd edib ki, bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır.

"Müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq. Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa nail olmaq istəyirik. Son bir ildə görülən işlər onu deməyə əsas verir ki, məktəbəqədər təhsilin inkişafında mühüm irəliləyişə nail olacağıq".

Şöbə müdiri qeyd edib ki, növbəti mərhələdə bağçlarda müəllim və direktorların diaqnostikası da aparılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti