Yeni “Google” çipsləri: “Pixel 7 və “Pixel 7 Pro”

      Yeni “Google” çipsləri:    “Pixel 7 və “Pixel 7 Pro”
  13 Sentyabr 2022    Oxunub:1504
Axtarış sistemi olan Google-ın Yaponiya bölməsi “Pixel 7 və “Pixel 7 Pro” “smartfon ləzzətləri” adı altında məhdud sayda kartof çipslərini təqdim edib.
AzVision.az 9To5Mac -a istinadən xəbər verir ki, ümumilikdə 2000 çips paketi yaradılıb.

Yaponlar sentyabrın 23-dək Google Store-nin yapon versiyasından qeydiyyatdan keçərək aksiyada iştirak edə biləcəklər. Qalib gəldikləri halda yeni yaradılmış “smartfon ləzzətli” çipsləri əldə etmək imkanları olacaq.

Qeyri-adi dadlardan əlavə, çipslər unikal qablaşdırmada olacaq. Atışdırmalıqlar paketlərdə deyil, qutularda paylanacaq. Bundan əlavə, qutuların smartfonların dizaynına uyğun yaradılması gözlənilir.

“Pixel 7 Pro” adı altında "qarlı pendir" və "qozlu soğan" , “Pixel 7” adı altında isə "obsidianlı bibər" və "duzlu limon" çipsləri hazırlanır.

Qeyd edək ki, tədbir yalnız Yaponiyada baş tutacaq. Çipslərin Google pərəstişkarları üçün qiymətli kolleksiya əşyasına çevriləcəyi gözlənilir.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti