Bakıda Dünya Çempionatı keçiriləcək

Bakıda Dünya Çempionatı keçiriləcək
  05 May 2014    Oxunub:1526
Kompyuter Oyunları üzrə 6-cı Dünya Çempionati Bakıda keçiriləcək
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Komputer Oyunları üzrə 6-cı Dünya Çempionatının Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) arasında Memorandum imzalanıb.

İmzalama mərasimində Kiberidman Federasiyasının prezidenti Ramil Əliyev də iştirak edib.

Memoranduma əsasən “6th e-Sports World Championship BAKU 2014” (Kompyuter Oyunları üzrə 6-cı Dünya Çempionatı) 12-17 noyabr 2014-cü ildə Bakı şəhəri “Crystal Hall” da keçiriləcək.
Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var. Yekun nəticədə IeSF yarışların aşağıdakı növlər üzrə keçiriləcəyini müəyyənləşdirib:

1. Kişilər arasında
- DOTA 2 (VALVE)
- STARCRAFT II: HEART OF SWARM (BLIZZARD)
2. Qadınlar arasında
- STARCRAFT II: HEART OF SWARM (BLIZZARD)
- TEKKEN TAG TOURNAMENT 2 (NAMCO BANDAI)

Hazırda çempionatın proqramına Street Fighter Series, Hearth Stone, Pro Evolution Soccer və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.


Teqlər:





Xəbər lenti